525.Az

Mursinin həbsi təsdiqləndi


 

Mursinin həbsi təsdiqləndi<b style="color:red"></b>

Misirdə Ordu nümayəndələri ölkə prezidenti Məhəmməd Mürsinin vəzifədən uzaqlaşdırıldığını, nəzarətdə olduğunu rəsmən təsdiq ediblər. Bu barədə France Press agentliyi məlumat yayıb.

Bundan öncə "Müsəlman qardaşları" Mürsinin Müdafiə Nazirliyinin binasında olduğunu bildiridilər.

Komandanlığın adı açıqlanmayan yüksək rütbəli məmurunun sözlərinə görə, Mursi ona qarşı irəli sürülən ittihamlara uyğun olaraq saxlanılıb. Amma Müdafiə Nazirliyinin nümayəndəsi hər hansı təfərrüat barədə məlumat verməkdən imtina edib.

Artıq "Müsəlman qardaşları"nın ali lideri Məhəmməd Badianın, onun müavini Rəşad əl-Baqyumi və hərakatın bazasında yaradılmış Azadlıq və Ədalət Partiyasının lideri Saad əl-Katatninində saxlandığı bildirilir

ANSPRESS

 





04.07.2013    çap et  çap et