525.Az

Misirdə müvəqqəti prezident and içib


 

Misirdə müvəqqəti prezident and içib<b style="color:red"></b>

Misir Konstitusiya Məhkəməsinin sədri Adli Mansur müvəqqəti prezident kimi and içib.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, A. Mansur keçid dövründə - yeni prezident seçilənə qədər ölkəni idarə edəcək. Onun vəzifəsi ölkəni siyasi böhrandan çıxarmaqla bağlı hərbi rəhbərliyin hazırladığı yol xəritəsini həyata keçirmək, o cümlədən müxalifətin rəyini nəzərə almaqla yeni Konstitusiya layihəsi hazırlamaq və müvəqqəti hökumət formalaşdırmaq olacaq.
 
Xatırladaq ki, xristian olan A. Mansur prezident Məhəmməd Mursini hakimiyyətdən kənarlaşdırmış hərbçilər tərəfindən iyulun 4-nə keçən gecə dövlət başçısı təyin olunub.

 





04.07.2013    çap et  çap et