525.Az

DİN son qətllərlə bağlı məlumat yaydı


 

DİN son qətllərlə bağlı məlumat yaydı<b style="color:red"></b> Daxili İşlər Nazirliyi iyulun 3-də ölkə ərazisində törədilmiş müxtəlif qətl hadisələri ilə bağlı məlumat yayıb.
525.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyulun 3-də Balakən rayonunun Tülü kəndi ərazisində naməlum şəxs ov tüfəngindən atəş açaraq kənd sakinləri Bəxtiyar Qurbanovu qətlə yetirib, onun qardaşı Şahini isə yaralayıb. Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş İtitala kənd sakini Qasım Mahmayev tutulub və ondan 1 ədəd ov tüfəngi götürülüb.
 
- İyulun 3-də Binəqədi rayonu 28 May qəsəbəsində, orada yaşayan Babagül Məmmədəliyev ailə-məişət münaqişəsi zəminində bıçaqla arvadı Xalidəni qətlə yetirib. Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində B.Məmmədəliyev tutulub.
 
- Qaradağ rayonu B.Niftəliyev küçəsində, orada yaşayan Şahin Vəliyevin boğaz nahiyəsində bıçaq xəsarəti olan meyiti tapılıb. Qaradağ RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
 
- Xaçmaz rayonunun Hülövlü kəndi ərazisində kənd sakini, ruhi xəstə Tamerlan Nizamov ailə-məişət münaqişəsi zəminində bıçaqla qardaşı Nizamini öldürüb, atası Eynullaya isə xəsarət yetirib hadisə yerindən
 





04.07.2013    çap et  çap et