525.Az

Ərdoğan hakimiyyəti Mursini müdafiə etdi


 

Ərdoğan hakimiyyəti Mursini müdafiə etdi<b style="color:red"></b> Türkiyə hökuməti ordu tərəfindən Misir prezidenti Məhəmməd Mursinin hakimiyyətdən uzaqlaşdırılmasına münasibət bildirib.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, baş nazirin müavini Bəkir Bozdağ deyib ki, demokratiyada iqtidar dəyişikliyinin yeganə yolu seçkidir və seçkidən kənar alternativlə hakimiyyətə gəlmək olmaz.

Bəkir Bozdağ bildirib ki, Misirdə xalqın iradəsi ilə hakimiyyət dəyişikliyi baş verməyib.
 
Qeyd edək ki, dünən hərbi çevriliş baş verməzdən öncə də Misirdəki proseslərlə bağlı Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yaymışdı. Bəyanatda vurğulanırdı ki, bütün demokratik sistemlərdə seçki ilə hakimiyyətə gələnlərin seçki ilə vəzifələrindən ayrılması vacibdir. Bəkir Bozdağın son açıqlaması isə Rəcəb Tayyib Ərdoğan hökumətinin Misirdə hərbi çevrilişə mənfi münasibət bəslədiyini bir daha ortaya qoyur.
 





04.07.2013    çap et  çap et