525.Az

Azdramada Xalq artistləri əlbəyaxa oldular?


 

Azdramada Xalq artistləri əlbəyaxa oldular?<b style="color:red"></b>

Akademik Milli Dram Teatrının səhnə arxasında Xalq artistlərinin əlbəyaxa olması ilə bağlı ANS PRESS Rəfael Dadaşovla əlaqə saxlayıb. Aktyor dava barədə yayılan xəbərlərə etiraz edib.

“Xəbər nə tez çatdı sizə! Əlbəyaxa-filan olmayıb, 70 yaşında kişilərik, heç bizə yaraşar elə şeylər? Sadəcə mən tamaşanın rejissoru İradə Gözəlovanın quruluşuna irad səsləndirdim, o mənimlə razılaşmadı, vəssalam. Mən də tamaşada oynamaqdan imtina elədim”.

“Bəs Rafiq Əzimovla münasibətiniz necədi?” sualına isə o belə cavab verib. “Hər şey yaxşıdır. Yaradıcı insanlarıq, hər şey olur, iş prossesində yaradıcı mübahisələr olur”.

16:31

Akademik Milli Dram Teatrında “tamaşa” yaşanıb. Teatrdakı qaynaqların AzNews.az-a verdiyi məlumata görə, səhnə arxasında xalq artistləri əlbəyaxa davaya çıxıb. Məlumata görə, dava “Yaşlı klon axtarılır” tamaşasının məşqi zamanı baş verib.

Gənc rejissor İradə Gözəlovanın quruluş verdiyi tamaşanın məşqlərindən birində teatrının tanınmış aktyorları, xalq artistləri Rəfael Dadaşovla Rafiq Əzimov arasında mübahisə düşüb. Xalq artistlərinin mübahisəsinə səbəb isə R.Əzimovun yaddaşının zəifliyi olub.

Belə ki, R.Dadaşov iki ay davam edən məşqlərdən nəhayət bezərək, məşqlərin bitməsini tələb edib. O, özünün hazır olduğunu, ancaq tamaşanın hələ də səhnələşdirilmədiyini bildirib.

R.Dadaşov deyib ki, iki aydır məşq etsələr də, Rafiq Əzimovun yadında heç nə qalmayıb: “Onun yaddaş problemi var, mən neyləməliyəm? Bu adam öz rolunu yadında saxlaya bilmir. Mən də ona görə ölməliyəm? Bəsdirin, ya bu tamaşa bitəcək, ya da mən getdim”.

R.Dadaşov R.Əzimova verilən rolun başqa aktyora həvalə edilməsini tələb edib.

Həmkarının bu formada iradlarına dözməyən R.Əzimov isə yerindəcə onun cavabını verib. Nəticədə xalq artistləri bir-biriləri ilə çox gərgin formada söz davasına çıxıblar. Əsəbləri tarıma çəkilən aktyorlar sonucda bir-birinin üstünə hücum ediblər.

Məlumata görə, yaşanan olayın ardından R.Dadaşov, ya R.Əzimovun yerinə başqa aktyorun tapılması, ya da “Yaşlı klon axtarılır” tamaşasındakı rolundan imtina edəcəyini deyib.

Teatrdakı mənbəmiz onu da bildirdi ki, bunun ardınca tamaşanın rejissoru hazırda R.Əzimovun yerinə aktyor axtarışına çıxıb.

Məsələ ilə əlaqədar xalq artisti Rəfael Dadaşov deyilənləri təkzib etmədi: “Teatrda min dənə söz-söhbət olur. Nəyinizə lazımdır bu?”

 





05.07.2013    çap et  çap et