525.Az

Elçin İsgəndərzadə Avropanın Fəxri alimi diplomu ilə təltif edilib


 

Elçin İsgəndərzadə Avropanın Fəxri alimi diplomu ilə təltif edilib<b style="color:red"></b>

Almaniyanın Hanover şəhərində fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyası və Avropa Elmi Cəmiyyətinin Rəyasət Heyətlərinin birgə qərarı ilə texnika və filologiya elmləri doktoru, professor Elçin İsgəndərzadə Avropanın Fəxri alimi diplomuna layiq görülüb və Q.V.Leybnis medalı ilə təltif edilib.

Azərbaycan alimi bu fəxri ada Avropanın bir sıra universitet və akademiyaları ilə qarşılıqlı əməkdaşlıq nəticəsində nail olduğu uğurlara görə layiq görülüb.

47 ixtira müəllifi olan alimin indiyədək Almaniya, İngiltərə, Yunanıstan, Bolqarıstan, Makedoniya, İtaliya və digər ölkələrdə kitabları və elmi məqalələri yayınlanıb.

Xatırladaq ki, E.İsgəndərzadə 2010-cu ildə İtaliya Akademiyası və Roma şəhər meriyasının qərarı ilə “Roma şəhərinin Fəxri alimi” ünvanına layiq görülmüş və xatirə medalı ilə təltif olunub.

 





07.07.2013    çap et  çap et