525.Az

İtaliyanın ən nüfuzlu mafiozu tutulub


 

İtaliyanın ən nüfuzlu mafiozu tutulub<b style="color:red"></b> İtaliya məhkəməsinin «dünyanın ən iri kokain tədarükçüsü» adlandırdığı italiyalı Roberto Pannunzi (Roberto Pannunzi),  Kolumbiyada ticarət mərkəzlərindən birində alış –veriş edən zaman tutulub.
 
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, İtaliyanın cənubunda Reco-di-Kalabriya vilayətində fəaliyyət göstərən, ölkənin ən nəhəng «Ndranqeta» adlı cinayətkar təşkilatı başçısıdır.
 
«Pannunzi dünyanın ən nəhəng kokain tədarükçüsüdür. Yalnız o, 3 ton və daha artıq narkotik maddənin nəqli ni təşkil edə bilər. O, dünyada ən nüfuzlu narkotik taciridir» -deyə, Reco-di-Kalabriyanın baş prokuroru Nikola Gratteri (Nicola Gratteri) bildirib.
 
Kolumbiya polisi və ABŞ-ın narkotiklərə qarşı mübarizə idarəsinin birgə əməliyyatı zamanı onun üzərindən Venesuelanın saxta kimlik vəsiqəsi aşkarlanıb.
 
KİV-ini məlumatına əsasən, o, 2004-cü ildə Kolumbiyada artıq bir dəfə həbs olunub. 2010-cu ildə isə narkobaron Romada həbsdə saxlanıldığı klinikadan qaçıb.
 
 





07.07.2013    çap et  çap et