525.Az

"Bakıda "Neftçi"yə qol vura bilsək..."


 

"Bakıda "Neftçi"yə qol vura bilsək..."<b style="color:red"></b>

"Daha öncə Çindən sərfəli təklif almışdım. Qərara aldım ki, ora gedim. Lakin transferim alımadı və yenidən "Skenderbeu"ya qayıtdım. ÇL-dəki rəqibimiz "Neftçi" haqda heç bir söz deyə bilmərəm. Onu deyə bilərəm ki, rəqibimiz çox güclü komandadır".

Qol.Az-ın məlumatına görə, bu sözləri yenidən "Skenderbeu" klubuna qayıdan xorvatiyalı futbolçu Pero Pejiç deyib.

Albaniya mətbuatına danışan 30 yaşlı futbolçu "Neftçi" səddini keçmək şanslarının olduğunu bildirib: "İnternetdən aldığım məlumata görə, "Neftçi" hollandiyalı futbolçuya təxminən 2 milyon avro pul xərcləyib. Bu, onların potensialını göstərir. Ancaq biz də meydana çıxaraq öz oyunumuzu oynayacağıq. Bilirik ki, Bakıya gedərək bacardığımızın 120 faizini meydanda qoymalıyıq. Düşünürəm ki, səfərdə qol vura bilsək, mərhələ keçmək şanslarımız böyük olacaq".

Qeyd edək ki, "Neftçi" - "Skenderbeu" oyunu iyulun 17-də, saat 21:00-da başlayacaq.

 





08.07.2013    çap et  çap et