525.Az

“Barselona” Runini heyətinə qatmaq istəyir


 

“Barselona” Runini heyətinə qatmaq istəyir<b style="color:red"></b> İspaniyanın "Barselona" klubu İngiltərənin "Mançester Yunayted" və İngiltərə milli komandasının hücumçusu Ueyn Runini transfer etmək niyyətindədir.

Bu barədə Trend "Goal.com" saytına istinadən məlumat verir.

Kataloniya klubu 27 yaşlı futbolçunun keçidi ilə bağlı sazişə yarımmüdafiəçi Tiaqo Alkantara və hüçumçu David Vilyanı daxil etməyə hazırdır.

"Barselona" öz oyunçuların 26 milyon avro, Runini isə, 30 milyon avro dəyərində qiymətləndirir. Klub yaxın günlərdə belə təkliflə İngiltərə təmsilçisinə müraciət edəcək.

Xatırladaq ki, daha əvvəl məlumat yayılıb ki, Alkantara bu həftə "Mançester Yunayted"lə 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, "Mançester Yunayted"in baş məşqçisi Runi ilə ötən həftə keçirilən danışıqlardan sonra bildirib ki, hücumçu klubda oynamağı davam etdirəcək.
 





08.07.2013    çap et  çap et