525.Az

Milli Kino Mükafatının qalibi bəlli oldu


 

Milli Kino Mükafatının qalibi bəlli oldu<b style="color:red"></b>

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) idarə heyətinin iclası keçirilib.

Modern.az-ın məlumatına görə,  tədbirdə milli kino sənətimizin inkişafındakı xidmətlərinə görə Xalq Artisti Ələddin Abbasovun Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən təsis edilmiş Milli Kino Mükafatı ilə təltif edilib. Mükafatın budəfəki sahibi Ələddin Aslan oğlu Abbasov - 1922-ci il mayın 5-də anadan olmuşdur. Gəncə Dövlət Dram Teatrının aktyoru olan görkəmli sənətkar Azərbaycan Respublikasının Xalq artisti (1971), “Qızıl Dərviş” mükafatı (2005) laureatıdır.

Ə.Abbasov 1967-ci ildən filmlərə çəkilir. Görkəmli aktyor “Torpaq. Dəniz. Od. Səma” (1967), “Mən ki, gözəl deyildim” (1968), “Dəli Kür” (1969), “Qatır Məmməd” (1974), “Dörd bazar günü” (1975), “Od içində” (1978), “Gözlə məni” (1981), “Qocalar, qocalar...” (1982), “Nizami” (1982), “Köhnə bərə” (1984), “İşarəni dənizdən gözləyin” (1986), “Qətl günü” (1990), “Qisas” (1991), “Özgə vaxt” (1996), “Məkanın melodiyası” (2004) və s. filmlərdə müxtəlif rolları ifa edib.

Qeyd edək ki, Milli Kino Mükafatının ilk sahibi 2012-ci ildə mərhum Xalq Artisti Yaşar Nuri olub.

 





08.07.2013    çap et  çap et