525.Az

Prezident Qazax rayonu üçün maliyyə vəsaiti ayırıb


 

Prezident Qazax rayonu üçün maliyyə vəsaiti ayırıb<b style="color:red"></b> Azərbaycan Prezidenti İlham Əliyev Qazax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Qazax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün Qazax Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
 





08.07.2013    çap et  çap et