525.Az

Ermənilərin yeni hiyləsi...


 

Ermənilərin yeni hiyləsi...<b style="color:red"></b>

Ermənistan hakimiyyəti maksimum şəkildə ölkədən xaricə köçün miqyasını gizlətməyə çalışır. Bu barədə Ermənistanın populyar qəzetləri yazırlar.

ANS PRESS "Haykakan Jamanak" qəzetinə istinadən bildirir ki, indən belə Ermənistanda vətəndaşların sərhədi keçməsi barədə məlumatlar yalnız rübdə bir dəfə dərc olunacaq. Bu barədə qəzetin müxbirinə Ermənistan Dövlət Miqrasiya Xidmətinin rəisi Qaqik Yeqanyan bildirib.

Qəzetin yazdığına görə, Ermənistan rəhbərliyinin bu qərarı heç də gözlənilməz deyil: "Məsələ bundadır ki, sözügedən statistika əhalinin miqrasiyasının miqyası və meylləri barədə təsəvvür yaratmağa yardım edir. Ölkədən köçün miqyası getdikcə artmaqdadır, buna görə də bu məlumatı maksimum "qapalı" etmək, mühacirət barədə məqalələrin sayını azaltmaq qərara alınıb. Başqa heç bir səbəb yoxdur. Bütün bunlar ölkədən müharicətin hansı səviyyəyə qalxdığı açıq görünür", - deyə "Haykakan Jamanak" yazır.

Əslində, Serj Sarkisyan hakimiyyətinin bu addımı atmaqdan başqa əlacı yoxdur. Onun və klandaşı Robert Koçaryanın hakimiyyəti dövründə ölkə əhalisinin sayı təxminən 600 min nəfər azalıb. Ermənistanın rəsmi statistikasına görə, əgər 2001-ci ildə ölkə əhalisinin sayı 3 milyon 800 min olubsa, hazırda bu göstərici 3 milyon 200 min ətrafında dəyişir. Ermənistan siyasətçilərindən Naira Zohrabyan yaranmış durumu hər gün ölkənin bir kəndinin boşalması kimi dəyərləndirib.

Hazırda Ermənistanda əsasən "Qarabağ klanı"na yaxın insanlar nisbətən dolanışıq tapıblar, yəni onlar hakimiyyətdə olan qrupun korrupsiya payından müəyyən qədər yararlana bilirlər. Yerli ermənilər, yəni əslən Ermənistandan olanlar isə ölkəni tərk etmək məcburiyyətindədirlər. Onların ölkəni 2001-ci ildən başlayaraq tərk etməsinin də səbəbi var.

Məsələ bundadır ki, 1999-cu ildə yerli ermənilərin lideri Karen Demirçyan ölkə parlamentinə sədr seçilmişdi. Ölkə əhalisi onun "Qarabağ klanı"nı hakimiyyətdən salacağına və Azərbaycanla sülh bağlayaraq müharibəni dayandıracağına böyük ümid edirdi. Lakin "Qarabağ klanı" bununla razılaşmadı və həmin ilin oktyabr ayında o vaxtkı prezident Robert Koçaryanla əlaqəsi olan silahlı qatil dəstəsi parlamentə hücum etdi və Karen Demirçyan öz vəzifə stolunun arxasında öldürüldü. Bu, yerli əhalidə hakimiyyətin "Qarabağ klanı"nın əlindən alınacağına olan ümidi tam öldürdü və Ermənistandan böyük köç başladı. Ölkə o qədər boşalıb ki, indi Ermənistan parlamentində Zəngəzur rayonlarındakı kəndləri İrandan gələcək 10 min çobana otaraq kimi icarəyə vermək məsələsi müzakirə edilir.

 





08.07.2013    çap et  çap et