525.Az

Barak Obama müsəlmanları təbrik edib


 

Barak Obama müsəlmanları təbrik edib<b style="color:red"></b> ABŞ prezidenti Barak Obama müqəddəs Ramazan ayının başlanması münasibətilə müsəlmanları təbrik edib.lent.az-ın «RİA Novosti»-yə istinadən məlumat ına görə, Ağ evin yiyəsi təbrikdə bildirib:«Ramazan müsəlmanlar üçün dərin düşüncələr, inam və möminlik dövrüdür. Bu, həmçinin, ailələr və dostlar üçün birgə yığışmaq və müxtəlif dinlərdən olan insanları birləşdirən ədalət, bərabərlik və bir-birinə şəfqət prinsiplərinə ehtiramını bildirmək imkanıdır. Bu əlaqələr bizi çox tez-tez ayıran fərqlilikdən xeyli möhkəmdir», deyə Obama bildirib.
 
Onun sözlərinə görə, amerikalı müsəlmanlar hökumətdə, elm, biznes və xeyriyyəçilik sahələrində işləyərək ölkənin inkişafına öz töhfələrini verirlər.
 
Obama qeyd edib ki, ötən 4 il ərzində olduğu kimi, bu il də bir qrup müsəlmanı Ağ Evdə iftar süfrəsinə dəvət edəcək.
 
ABŞ prezidenti Yaxın Şərq və Afrika müsəlmanlarını əmin edib ki, Vaşinqton onların ölkələrində demokratik dəyişikliklər üçün fəaliyyət göstərəcək.
 





09.07.2013    çap et  çap et