525.Az

Mikroavtobus reklam dirəyinə çırpılıb: 6 yaralı


 

Mikroavtobus reklam dirəyinə çırpılıb: <b style="color:red">6 yaralı</b> İyulun 8-də saat 19.00 radələrində Qaradağ rayonu Ələt qəsəbəsinin ərazisində Masallı rayon sakini Rahib Eyvazov idarə etdiyi “Ford-Tranzit” markalı avtomaşını yolun kənarındakı reklam dirəyinə vurub.
 
525.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə xəsarət almış Rahib Eyvazov və sərnişinləri, Masallı rayon sakinləri Sona Fərəcova, Simuzər Hüseynova, Ərşə Əhmədova, Cəlilabad rayon sakini Rövşən Abbasov və Yardımlı rayon sakini Seyvan İbayev xəstəxanaya yerləşdiriliblər.

Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.
 





09.07.2013    çap et  çap et