525.Az

Azərbaycanda populyar şəxslərin spirtli içkilərin reklamında iştirakı qadağan olunur


 

Azərbaycanda populyar şəxslərin spirtli içkilərin reklamında iştirakı qadağan olunur<b style="color:red"></b>

Azərbaycanda cəmiyyətdə populyar, tanımış şəxslərin spirtli içkilərin reklamında iştirakı qadağan olunur.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yeni hazırlanmış “Reklam haqqında” qanunda əksini tapıb.
 
Yeni qanunun 27.1.6-cı maddəsində göstərilir ki, cəmiyyətdə populyar olan şəxslərin, kino və animasiya filmləri qəhrəmanlarının, heyvanların təsvirindən istifadə edilməsi qadağandır.
 
Qeyd edək ki, qanun layihəsi artıq Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində İqtisadi siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin iyunun 21-də keçirilən birgə iclasında müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə olunub.
 
Layihə Milli Məclisin payız sessiyasında plenar iclasda müzakirəyə çıxarılacaq.

 





09.07.2013    çap et  çap et