525.Az

Avropadan gənclər gəlir


 

Avropadan gənclər gəlir<b style="color:red"></b>

Bakıda “Dəyişiklik küləyi – Avropa miqrasiyası kommunizmin dağılmasından 20 il sonra” adlı beynəlxalq tədbir keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, tədbir 7-14 oktyabr  tarixlərində Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbələr Birliyi, Avropa Komissiyası “Gənclər fəaliyyətdə” proqramının maliyyə, Gənclər üçün Təhsil Mərkəzinin təşkilati dəstəyi ilə baş tutacaq.

Tədbirin keçirilməsində əsas məqsəd Avropa İttifaqı və tərəfdaş ölkələrdə sovet rejiminin dağılmasından sonrakı dövrdə Avropaya inteqrasiyanı müzakirə etməkdir.

Tədbirdə Çexiya, Fransa, Niderland, Macarıstan, Türkiyə, Belarus, Moldova, Rusiya, Ukrayna və Azərbaycandan olmaqla 30-a yaxın gənc iştirak edəcək.

Qeyd edək ki, beynəlxalq tədbirdə əsas müzakirə obyekti Şərq-Qərb miqrasiyası, Avropa mobillik proqramları, Avropa İttifaqının daxilində miqrasiya, beynəlxalq miqrasiyanın əhəmiyyəti və bütün bunlarda gənclərin rolu olacaq. Tədbir çərçivəsində müxtəlif səviyyədə ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.

S.QARAYEVA

 





05.10.2012    çap et  çap et