525.Az

Akif Muradverdiyevlə Əli Kərimli arasında bazarlıq


 

Akif Muradverdiyevlə Əli Kərimli arasında bazarlıq<b style="color:red"></b>

Prezident Administrasiyasının sabiq işlər müdiri, hazırda qaçaqmalçılıq ittihamı ilə həbs edilən Akif Muradverdiyevin “siyasi məhbus” statusu alması üçün AXCP sədri Əli Kərimli ilə onun ailə üzvləri arasında danışıqlar gedir. Ə.Kərimli adından danışıqları müavini Fuad Qəhrəmanlı aparır. “Olaylar”ın ictimaipalatka.com saytına istinadən yaydığı məlumata görə, Ə.Kərimli A.Muradverdiyevin “siyasi məhbus” elan etməsi üçün onun yaxınlarından böyük məbləğli (500 min manat) vəsait istənilir. Guya bu vəsait Ə.Kərimli ilə əməkdaşlıq edən xarici təşkilatlara veriləcək. Daha doğrusu bu təşkilatlardakı lobbiçilik fəaliyyəti ilə məşğul olan şəxslərə veriləcək ki, Avropa təşkilatlarında A.Muradverdiyevi “siyasi məhbus” kimi tanıtdıra bilsinlər. Artıq bu məsələdə ilkin nəticələr var və tərəflər razılığa gəliblər. Ancaq Ə.Kərimlinin pul hərisi olduğunu bilən A.Muradverdiyevin yaxınları vəsaitin hissə-hissə ödənilməsinə razılaşıblar. Artıq Ə.Kərimlinin təsir dairəsində olan “Azadlıq” qəzeti onun “siyasi məhbus” elan edilməsinə hesablanmış yazılar dərc edir.

Mənbə deyir ki, A.Muradverdiyevlə AXCP sədri arasında ünsiyyət əvvəllər də mövcud olub. Sabiq işlər müdiri partiyaya ara-sıra maliyyə yardımları edibmiş. Milli Şura yaranandan sonra bu təmaslar daha da artıb. Hətta etibarlı mənbənin məlumatına görə A.Muradverdiyev Milli Şuranın gizli üzvlərindən biridir.

Qeyd edək ki, Milli Şuranın gizli üzvləri olması barədə məlumatı bu təşkilatı müdafiə edən “Yeni Müsavat” qəzeti yaymışdı. Qəzetin məlumatına görə, Milli Şuranın 129 rəsmi üzvündən başqa bir neçə gizli üzvü də var. Müəyyən mülahizələrə görə onların adı gizli saxlanılır. Belə çıxır ki, gizli üzvlərdən biri də A.Muradverdiyev olub.

Yeri gəlmişkən, Ə.Kərimlinin adından A.Muradverdiyevin yaxınları ilə danışıq aparan F.Qəhrəmanlı ilə sabiq işlər müdirinin uzaq qohumluq əlaqələri də var.

 





09.07.2013    çap et  çap et