525.Az

"Avropada ilin futbolçusu" mükafatına namizədlər müəyyənləşdi


 

"Avropada ilin futbolçusu" mükafatına namizədlər müəyyənləşdi<b style="color:red"></b>

UEFA-nın hər il təşkil etdiyi "Avropada ilin futbolçusu" mükafatına namizədlər bəlli olub.

Qol.Az-ın məlumatına görə, artıq UEFA-ya üzv olan ölkələrin jurnalistləri tərəfindən keçirilən səsvermədə 26 futbolçu arasında ən yaxşı 10 oyunçunun adına aydınlıq gəlib.

Avqustun ayında münsiflər heyəti və həmin jurnalistlərin iştirakı ilə keçiriləcək ikinci səsvermədə isə ən yaxşı 3 namizədin adı müəyyənləşəcək.


"Avropada ilin futbolçusu" mükafatına namizəd 10 futbolçu:

Qaret Beyl (Uels) – "Tottenhem" (İngiltərə)
Kriştiano Ronaldo (Portuqaliya) – "Real" (Madrid, İspaniya)
Zlatan İbrahimoviç (İsveç) – PSJ (Fransa)
Robert Levandovski (Polşa) – "Borussiya" (Dortmund, Almaniya)
Lionel Messi (Argentina) – "Barselona" (İspaniya)
Tomas Müller (Almaniya) – "Bavariya" (Almaniya)
Frənk Riberi (Fransa) – "Bavariya" (Almaniya)
Aryen Robben (Hollandiya) – "Bavariya" (Almaniya)
Bastian Şvaynştayger (Almaniya) – "Bavariya" (Almaniya)
Robin van Persi (Hollandiya) – "Mançester Yunayted" (İngiltərə)

 





09.07.2013    çap et  çap et