525.Az

Aeroport yolunda qəza: 3 ölü, iki yaralı - YENİLƏNİB


 

Aeroport yolunda qəza: 3 ölü, iki yaralı - <b style="color:red">YENİLƏNİB</b> “Aeroport şossesində baş vermiş qəza nəticəsində 3 nəfər ölüb”.

Bunu Lent.az-a açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev bildirib. Baş həkimin müavini onu da bildirib ki, hadisə nəticəsində 2 nəfər yaralanıb. “Yaralılar isə Sabunçudakı 3 saylı xəstəxanaya yerləşdirilib”.

-----------------

Aeroport şosesində bir neçə avtomobilin toqquşması nəticələnən yol qəzası baş verib.
 
Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat saatlarında aeroport yolunun Suraxanı rayonundan keçən hissəsində qeydə alınıb.
 
214 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu bir neçə avtomobillə toqquşub. Qəza nəticəsində ölən və xəsarət alanlar var.
 
Qəza nəticəsində aeroport yolunda böyük tıxac yaranıb.
 
Hazırda Bakı Şəhər Dövlət Yol Polisi əməkdaşları aeroport yolunda nəqliyyatın hərəkətini bərpa edirlər.
 





10.07.2013    çap et  çap et