525.Az

Qüdsə qarşı zorakılıq bütün dinlərə və dəyərlərə qarşı qəsddir


 

TÜRKİYƏ BÜTÜN DİNLƏRİN BİR ARADA YAŞAMA İDEALINA SAHİB ÇIXIR

Qüdsə qarşı zorakılıq bütün dinlərə və dəyərlərə qarşı qəsddir <b style="color:red"></b>

..."Amerika Birləşmiş Ştatlarının qərarı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd bir qərardır. İki dövlətli həll prosesi əldə edilənə qədər Qüds üzərində hər hansı bir hakimiyyəti qəbul etmirik". Dekabrın 21-də BMT Baş Assambleyasının növbədənkənar xüsusi iclasında 128 ölkənin qəbul etdiyi qətnamənin ana bəndi bu sözlərlə tamamlanırdı.

..."Qüds müsəlmanlar, yəhudilər və xristianlar üçün müqəddəs şəhərdir. Yeni münaqişələrdən yayınmaq üçün bu məsələdə müdriklik və dözümlülük göstərilməlidir". Roma Papası Fransisk də 5 ay əvvəl ABŞ bu təhlükəli addımdan uzaqlaşdırmağa səsləmişdi. Amma ABŞ nə beynəlxalq sənədə, nə 128 ölkənin birgə siyasi iradəsinə, nə də dünya katoloklərinin liderinə hörmət qoydu, bütün bəşəri dəyərləri  tapdalayaraq açıq-aşkar zorakılığını nümayiş etdirdi. Avropanın nüfuzlu dövlətlərinin – Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, İsveç və digər ölkələrin təpkisinə baxmayaraq Vaşinqton öz antihumanist və antitolerant hərəkətlərindən əl çəkmədi. Dünya birliyi tərəfindən Fələstinə aid ərazi kimi tanınan Qüdsə mayın 14-də səfirliyini köçürdü.

Dünyada üç müqəddəs dinin mənəvi paytaxtı olan, islamın ilk qibləsi və üç müqəddəs məscidindən biri olan Əl-Aqsanın yerləşdiyi qədim sivilizasiya məkanı sayılan Qüdsü İsrailin paytaxtı kimi tanımalqa və şəhərə zor gücünə öz elçiliyini daşımaqla Tramp hökuməti sülh və barış missiyasının simvolu olan səfirlik institunun adını siyasi zorakılığa da bulaşdırdı. Bu addımı ilə Yaxın Şərqin yenidən qan gölünə çevrilməsinə vəsilə oldu. 60-dan artıq dinc fələstinlinin qətlində, 2000-dən çox insanın isə yaralanmasında İsrail hökuməti ilə birgə məsuliyyətin daşıyıcısına çevrildi.  

Niyə Təl-Əviv yox, Qüds? 

Amerika 70 ilə yaxındır ki, İsraillə sıx diplomatik münasibətlərini paytaxt Təl-Əvivlə, burada yerləşən səfirliyi vasitəsilə nizamlayıb. İsrailin sabit və inkişaf etmiş həmin şəhərindən səfirliyin birdən-birə daim gərginliyin yaşandığı, qeyri-sabit bölgəyə - Qüdsə keçirilməsi Tramp administrasiyası üçün nəyə lazım idi? 
Tramp hələ prezident seçkiləri marafonu zamanı davamlı olaraq antiislam meyillərini biruzə verir, seçkidə qalib gəldiyi halda islamın mənafeyinə siyasət yürüdəcəyini bəyan edirdi. Dövlət başçısı postuna seçildikdən sonra dediklərinin bir çoxunu gerçəkləşdirdi, Suriyada münaqişənin gərginləşməsi, müsəlman miqrantlara qarşı sərt qaydalar, İranla nüvə sazişinin dayandırılması və digər addımların atılmasında Trampın həddindən artıq güvən verdiyi yəhudi lobbisinin dayanması sirr deyil. Ölkə vətəndaşları ilə yanaşı, hakim Respublikaçılar Partiyası arasında reytinqi aşağı düşən D.Tramp son vaxtlarda konkresdə ən kəskin tənqid ünvanına çevrilib, hətta onun impicment təhlükəsi ilə üzləşməsi də meydana çıxmışdı, yəhudi lobbisi onu xilas etdi.

Görünən odur ki, ABŞ rəhbəri yəhudi lobbisinin gücü ilə hərəkət edir və  bu baxımdan İsrailin maraqlarını müdafiə etməsi məlumdur. İsrail hökumətinin uzun illərdir gerçəkləşdirmək istədiyi Qüds planının indiki vaxta təsadüf etməsi də zor vəziyyətdə qalan Trampın yəhudi lobbisinə borcu idi.

ABŞ-ın öz səfirliyini İsrailin dövlətinin yaranmasının 70 illik yubiley Qüdsə köçürməsində də bir rəmzi məna var. ABŞ bu hərəkəyi ilə İsrailə ən böyük yubiley hədiyyəsi etdiyini göstərməş oldu. Eyni zamanda, fələstinlilərin həmin günü lənətləyərək “nikbət” (fəlakət) günü kimi qeyd etməsini nəzərə alaraq onların buna adekvat olaraq israilli əsgərlərlə toqquşmalara gedəcəyini planlamışdı. Amerika əvvəlcədən cızdığı ssenarinin qan və fəlakətlə başa cataçağını yaxşı görürdü.  

Qüds islam ölkələrinin qırmızı xəttidir... 

ABŞ-ın təhrikçi siyasəti, İsrailin zorakı addımları islam dünyası və sülpərvər beynəlxalq ictimaiyyət tərəfindən təpki ilə qarşılandı. Avropa Birliyi, Asiya regionu ölkələri bu hərəkətləri qınadı. Ən sərt cavab isə müsəlman ölkələrinin vahid platforması olan İslam Əməkdaşlıq Təşkilatından (İƏT) gəldi.

Mayın 18-də Türkiyənin təşəbbüsü ilə İstanbulda Qüds məsələsinə dair keçirilən İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında islam ölkələrinin liderləri Qüdsə yekdilliklə güclü dəstək verərək regionda sülh və nizamlama adı altında qarşıdurmalar yaradan Amerikaya etimadlarının  sarsıldığını bəyan etdilər. Qüdsün müsəlmanlar, üçün qırmızı xətt olduğu ifadə olundu. Toplantıda çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin xalqına qarşı İsrail silahlı qüvvələrinin mayın 14-də həyata keçirdiyi hərəkətləri cinayətkar əməllər kimi qiymətləndirərək artıq Amerikanın bölgəyə sülh əvəzinə xaos gətirən tendensiyanın əsasını qoyduğunu, islam dünyasını imperialist qüvvələrin təxribatlarına qarşı vahid güc olmağın vaxtı çatdığını bildirdi: “Qüds müsəlmanların ortaq yaddaşı, ümumi irsi, müştərək əməyidir. Qüds, həm də üç səmavi dinin də müqəddəs məkanıdır. Qüdsə qarşı hər bir zorakılıq bütün dəyərlərə, insanlığa, dinlərə qarşı edilmiş təcavüzdür. Bizlər bu gün burada görüşümüzlə yalnız Qüdsü işğal təşəbbüsünə qarşı etirazımızı ortaya qoymuruq. Eyni zamanda, üç səmavi dinin sülh içində bir arada yaşama idealına də sahib çıxırıq. Bizlər bu gün bölgəmizi qan və göz yaşına boğmaq istəyənlərə dur deyirik”.

Fələstinli xalqını apardıqları mübarizədə heç vaxt tək qoymayacaqlarını bəyan edən İslam dünyasının lideri Ərdoğan zülm və qətillərinin cəzasız qalmaması üçün islam dövlətlərinin liderləri ilə birlikdə çalışmaların artırılmasının vacibliyinə diqqət çəkdi. Bu məsələnin BMT Baş Assambleyası səviyyəsində həllinə nail olmaq üçün bütün lazımı addımları atacaqlarını, dünyada sülh və insanpərvərliyini müdafiəçisi olan beynəlxalq ictimaiyyətlə daha sıx işləyəcəklərini ifadə etdi.  

Fələstinə həmrəylik üçün birlikdə hərəkət... 

Zirvə toplantısında çıxış edən digər natiqlər də Ərdoğana dəstək verərək Onunla bir yerdə olacaqlarını bildirdilər. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fövqəladə sammiti Türkiyənin İslam həmrəyliyinə və ədalət prosesinə verdiyi töhfənin bir nümunəsi hesab etdiyini və son hadisələri qınadığını bildirib. Türkiyənin Fələstinə ədalət kampaniyasını yüksək dəyərləndirərək Azərbaycanın işğalı və işğalçıları lənətlədiyini vurğulayıb, dünya birliyini sülhün bərqərar olmasında təsirli tədbirlər görməyə səsləyib. Toplantının yekununda qəbul olunan 30 maddəlik bəyanatda işğal altındakı Fələstin torpaqlarında, xüsusilə Qəzza zolağında 62 vətəndaşın ölümü, 2700 nəfərin isə yaralanması hadisəsinə görə, İsraili hüquqi məsuliyyət daşıdığı əks olundu. ABŞ-ın Qüdsdə səfirlik açmasını pisləyərək bunu beynəlxalq hüquqa qarşı təxribat və düşmənçilik aktı kimi qiymətləndirdi. Fələstin xalqına qarşı törədilən bu cinayətlərdə ABŞ rəhbərliyi də məsuliyyət daşıdığı bəyan etdi. Təşkilat baş vermiş cinayət hərəkətlərinin törədən və təşkil edənlərin beynəlxalq hüquq qarşısında məsuliyyətə cəlb olunması üçün müstəqil beynəlxalq ekspert və istintaq komitələrinin yaradılması tələbini də ortaya qoydu.

Bütün dövlətləri BMT-nin 1967-ci il  iyun tarixli qətnaməsinə əsasən, müəyyən edilmiş sərhədlər daxilində paytaxtı Qüds olan Fələstin dövlətini rəsmən tanımağa dəvət edən İƏT BMT Təhlükəsizlik Şurası başda olmaqla, beynəlxalq təşkilatları Fələstin xalqının beynəlxalq qoruma ilə təmin edilməsi təşəbbüsünü də irəli sürdü.
Zirvə toplantısında İsrailə qarşı konkret təsirli addımların atılması da yekdilliklə qəul olundu. Üzv ölkələr Qüdsü İsrailin paytaxtı kimi qəbul edən və səfirliklərini oraya köçürməyə çalışan ölkələrə qarşı əməli hərəkətə keçilməli olduğunu, onlarla siyasi, iqtisadi və digər hüquqi tədbirlər görüləcəyini bəyan etdilər.

İslam ölkələri Fələstini darda qoymayaraq onlara maddi yardımı artırmaq qərarında da israrlıdır. 5 milyondan çox qaçqın fələstinlinin öz torpaqlarına qayıtmasının təmin etmək üçün səylərin artırılması, İslam İnkişaf Bankının Fələstinli qaçqınlara dəstək verməsi, humanitar yardım, inkişaf və sosial təminat fəaliyyətində ardıcıl və davamlı şəkildə maliyyələşdirməni artırması nəzərdə tutulur.

 

 





22.05.2018    çap et  çap et