https://525.az/img/pics/medium/2024-03/308247_oo9k2t4ndt.jpg Prezident Rəşad Məcidi təltif etdi
https://525.az/img/pics/medium/2024-03/308179_uqkco4683w.jpg Beynəlxalq və milli səviyyədə qeyd edilən Elm Günü
https://525.az/img/pics/medium/2024-03/308184_qvwzs8uhve.jpg Sinan Səid
https://525.az/img/pics/medium/2024-03/308239_xq8r14gjca.jpg DTX - təhlükəsizliyimizin keşikçisi və qürur yerimiz 
search
28 Mart 2024

Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırdı

Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırdı

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ilin idman yekunlarına dair tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, idman federasiyalarının rəhbərləri və idmançılar iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra 2018-ci il ərzində idmançılarımızın qazandıqları nailiyyətlərə və ölkəmizdə keçirilən mötəbər idman yarışlarına dair videoçarx nümayiş olunub.

Gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək 2018-ci ilin Azərbaycan idmanı üçün uğurlu olduğunu bildirib.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında Azərbaycanda idmana göstərilən dövlət və qayğısından danışıb və idmançılarımızın cari ildəki çıxışınlarını yüksək qiymətləndirib.

Sonra müxtəlif nominasiyalar üzrə 2018-ci ilin ən yaxşıları mükafatlandırılıb.

İlin ən yaxşı məşqçiləri:

1. Vaqif Səxavət oğlu Feyzullayev Eldəniz Əzizli (güləş)
2. Fərhad Polad oğlu İsmayılov Stolüstü tennis komandasının məşqçisi
3. Tərlan Əliheydər oğlu Həsənov Hidayət Orucov (cüdo)

İlin ən yaxşı hakimləri
• Vaqif Hüseynağa oğlu Əliyev (həndbol)
• Anar Tofiq oğlu Babanlı (boks)
• Vahıd Əlış oğlu Nəzərov (ağır atletika)

İdman yarışlarının yüksək səviyyədə təşkili və keçirilməsinə görə
• Gimnastika Federasiyası
• Cüdo Fedarasiyası
• Velosiped Federasiyası

İlin ən yaxşı federasiyası
• Güləş Federasiyası

İlin yekunlarına görə ilin ən yaxşı komandası
• Qızlardan ibarət Stolüstü Tennis üzrə yığma komanda

İlin yekunlarına görə ən yaxşı idman həkimi
• Aytəkin Sahib qızı Rüstəmova (İdman həkimi nəzarəti şöbəsinin müdiri)
6. İlin ən fəal veteranı
• Elmira Petrovna Safonina (qılınc oynatma, veteran)

İlin ən yaxşı idman qurğuları
• Abşeron Olimpiya İdman Kompleksi
• Göygöl Olimpiya İdman Kompleksi

Bədən tərbiyəsi və idman sahəsi üzrə ilin elm adamı
• Dilqəm Qasım oğlu Quliyev (ADBTİA- elmlər doktoru)

5 nəfər fəxri diplom
• Şahin Qaçay oğlu Mahmudov
• Fariz Abdulla oğlu Nəcəfov (Qəbələ Klubu)
• Rafiq Hüseyn oğlu Rəhimov ( veteran güləşçi)
• Nadir İsa oğlu Əzizov (kikboksinq federasiyası)
• Elşən Qara oğlu Abbasov (kikboksinq federasiyası)

Fəxri diplom
2018-ci ilin yekunlarına görə ilin ən yaxşı komandası:
Azərbaycan Milli Olimpiya Komandası

Yeniyetmələrin Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil etdiyinə görə
1. Yelizaveta Luzan – bədii gimnastika – I yer
2. Talıbov Vüqar Yalçın oğlu - cüdo - I yer
3. Bayramov Turan Rövşən oğlu - sərbəst güləş - I yer
4. Babayev Tərmenxan Turan oğlu - ağır atletika - II yer
5. Ağayev Cavad Azər oğlu - taekvondo - III yer
6. Nəzərova Şəhanə Mayis qızı - qadın güləşi - III yer
7. Səfərov Nurlan Nemət oğlu - boks - III yer


Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası tərəfindən 2018-ci ilin yekunlarına əsasən təsis olunan mükafatlar:
1. Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi”
• Rövnəq Abdullayev
2. “Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı”
• Orxan Qoca
3. “Ədalətli oyun prinsiplərinə sadiq hakim”
• Emin Şaxtaxtinski
4. “Ədalətli oyun prinsiplərinə sadiq məşqçi”
• Mariana Vasileva
5. “Ədalətli oyun prinsiplərinə sadiq idmançı”
• Eldəniz Əzizli
6. “Ədalətli oyun prinsiplərinə sadiq səfir”
• Fərid Mansurov

Azad Rəhimov
Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
1. Aliyə Zərifovna Alkova
2. Rakif Hümbət oğlu Əliyev
3. Zöhrə Qulam Hüseyn qızı Əskərova
4. Səmayə Tofiq qızı Məmmədova
5. Elşən Telman oğlu Şirinov

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

14. İlin ən yaxşı idmançıları
ss S A A İdman növü Medalın əyarı və yarışın adı
1. Eldəniz Yamən oğlu Əzizli Yunan-Roma güləşi Dünya və Avropa çempionu
2. Stadnik Mariya Vasilyevna Güləş Avropa çempionu və Dünya mükafatçısı
3. Bayram Bəxtiyar oğlu Mustafayev Paracüdo Dünya çempionu
4. Hidayət Minayət oğlu Heydərov Cüdo Dünya və Avropa çempionatlarının mükafatçısı
5. Cəbrayıl İlham oğlu Həsənov Sərbəst güləş Dünya və Avropa mükafatçısı
6. Radik Veleddin oğlu İsayev Taekvando Avropa çempionu və Dünya Kubokunun mükafarçısı
7. Mixail Oleqoviç Malkin Tamblinq Avropa çempionu
8. Pərviz Mikayıl oğlu Həsənov Dama Gözdən əlillər arasında Dünya və Avropa çempionu
9. Şəhriyar Həmid oğlu Məmmədyarov Şahmat Dünya reytinqinin 3-cü pilləsində
10. Elxan Natiq oğlu Əliyev Kingboksing Avropa çempionatının mükafatçısı
11. Rafael Mahir oğlu Ağayev Karate Dünya çempionatının mükafatçısı və Avropa çempionu

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.