https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-04/310474_5r5gk77yic.jpg Zəngəzur xatirələri və ya Naxçıvanda qorunan dəyərli irs
https://525.az/img/pics/medium/2024-01/298567_otkmfryng1.jpg Durnalı dəftərlər panteonu
search
18 Aprel 2024

Rövşən Binnətlinin yubileyi qeyd olundu

Rövşən Binnətlinin yubileyi qeyd olundu

Bu gün Bakı Olimpiya Stadionunda tanınmış idman jurnalisti, hazırda "CBC Sport" telekanalında şef-redaktor vəzifəsində çalışan Rövşən Binnətlinin 60 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Qol.az-ın məlumatına görə, müxtəlif idman qurumlarının, futbol ictimaiyyətinin nümayəndələri və jurnalistlərin iştirak etdiyi mərasimdə əvvəlcə yubilyarla bağlı süjet nümayiş olunub.

Ardınca tədbirdə çıxış edən qonaqlar - "CBC Sport" telekanalının baş direktoru Volkan Üst, Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov, "Neftçi"nin prezidenti Kamran Quliyev, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla, Qarabağ müharibəsi veteranı Əkbər Rüstəmov, olimpiya çempionları Zemfira Meftahəddinova və videobağlantı ilə İqor Ponomaryov, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov və digərləri R. Binnətliyə öz təbriklərini çatdırıb və xatirələrini bölüşüblər.

Sonda R.Binnətli qonaqlara təşəkkürünü bildirib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.