https://525.az/img/pics/medium/2024-04/310692_5abc7kdlc5.jpg “525-ci qəzet”in 20 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
https://525.az/img/pics/medium/2024-04/310544_k4ade02sjo.jpg Estetik əməliyyatlara maraq niyə artır?
https://525.az/img/pics/medium/2024-04/310611_o7476wf05i.jpg “O şəxslər himayədar ailə ola bilməzlər ki...”
search
20 Aprel 2024
19 Aprel 2024

Velosiped idmanı ilə bağlı dünya çempionatları 4 ildən bir eyni ölkədə keçiriləcək

Velosiped idmanı ilə bağlı dünya çempionatları 4 ildən bir eyni ölkədə keçiriləcək

Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) qurumun bayrağı altında keçirilən bütün növlər üzrə dünya çempionatlarını (Olimpiya və qeyri-Olimpiya növləri) hər 4 ildən bir eyni ölkədə və eyni ayda təşkil edəcək. Qərar yalnız Yay Olimpiya Oyunlarından əvvəlki ildə keçiriləcək dünya çempionatlarına şamil ediləcək və 2023-cü ildə təşkil olunacaq ilk birləşmiş dünya çempionatlarının ev sahibi Şotlandiyanın Qlazqo şəhəri olacaq.

Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, ötən ilin avqustunda Qlazqoda keçirilən və yüngül atletika, üzgüçülük, gimnastika, triatlon, qolf və avarçəkmə ilə yanaşı, velosiped idmanının da təmsil olunduğu birləşmiş Avropa çempionatlarının təhlili belə bir qərarın verilməsində həlledici rol oynayıb. Belə ki, şosse, trek, BMX və MTB (dağ velosipedi) üzrə birləşmiş qitə çempionatlarına olan tamaşaçı, teleyayım və sponsor maraqları UCI rəhbərliyini dünya çempionatları ilə bağlı tarixi qərar verməyə sövq edib.

Beynəlxalq Velosipedçilər İttifaqının bayrağı altında hər il 13 növ üzrə dünya çempionatı təşkil edilir ki, bunların da 4-ü (şosse, trek, BMX və MTB) Olimpiya növüdür. Bütün 13 növ üzrə birləşmiş dünya çempionatları ilə bağlı qərar Avropa çempionatlarına da şamil ediləcək. 2023-cü ildə ilk birləşmiş qitə çempionatlarını qəbul edəcək ölkə isə yaxın aylarda müəyyənləşəcək.

 

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.