|
|
|
|
Böyük Britaniya Brüssellə razılaşma əldə etməmiş Avropa İttifaqını tərk etməyəcək.
Trend-in məlumatına görə, bu barədə Münhen Təhlükəsizlik Konfransında jurnalistlərə Çexiyanın xarici işlər naziri Tomaş Petrjiçek bildirib.
T.Petrjiçek deyib: "Böyük Britaniyanın Avropa İttifaqından razılaşma əldə etmədən çıxması tərəflərdən heç birinin maraqlarına uyğun deyil. Düşünmürəm ki, Böyük Britaniya təşkilatı razılaşmasız tərk edəcək. İnanıram ki, tərəflər razılaşma əldə edəcəklər. Britaniya tərəfi müvafiq istəklə müraciət etsə "Brexit"in həyata keçirilmə müddətinin gecikdirilməsi imkanı mövcuddur".