|
|
|
|
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun yeni qurumları - Destinasiya Menecmenti təşkilatları (DMT) yaradılıb.
Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, DMT-nin yaradılmasında məqsəd regionlarda turizmin inkişafı, təşviqi və idarə olunmasıdır. DMT-nin Qubada yerləşən bölməsinin artıq təqdimatı keçirilib.
Yeni model turizm qurumları kimi fəaliyyət göstərəcək DMT-lərin fəaliyyət istiqamətlərindən biri də regionlardakı hotelləri Azərbaycan Hotel Assosiasiyası ilə əlaqələndirmək olacaq.
Bununla yanaşı, region hotellərində xidmət keyfiyyətinin artırılması üçün tədbirlər görüləcək.