https://525.az/img/pics/medium/2023-01/254306_1w7hj89oq4.jpg DAİM GƏLƏCƏKDƏ OLA BİLMƏYİN SADƏ SƏBƏBİ - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2024-03/308156_e5ws8ge6gq.jpg Qohum evliliklər
https://525.az/img/pics/medium/2024-03/308150_yc5hpb9d20.jpg “525-ci qəzet”in 28 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-03/308122_a91v586ywx.jpg "Dayanıqlı inkişafın yeni dövrü: yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi"
search
28 Mart 2024
27 Mart 2024

Şəhriyar Məmmədyarov 28 şahmatçı ilə eyni anda oynadı

Şəhriyar Məmmədyarov 28 şahmatçı ilə eyni anda oynadı

Bakı Gənclər Mərkəzində 23 iyun tarixində dünya şahmatının dəyərli simalarından olan həmyerlimiz Şəhriyar Məmmədyarovla şahmat seansı baş tutub.

Trend-in məlumatına görə, Bakı Gənclər Mərkəzi və onun nəzdində fəaliyyət göstərən “Şah Klub” Şahmat klubunun təşkilatçılığı ilə baş tutan sosial xarakterli tədbir gənc şahmatçıların təcrübə toplamaları və daha da inkişaf etmələri məqsədi ilə təşkil olunub. Şahmat seansında Şəhriyar Məmmədyarov tərəfindən seçilmiş 28 gənc şahmatçı və kiçiklər iştirak edib.

Tədbirdən öncə Şəhriyar Məmmədyarov Bakı Gənclər Mərkəzində infoturda iştirak edib. İnfoturda dəyərli şahmatçımız Mərkəzin imkanları ilə yaxından tanış olaraq fəaliyyət yönləri haqqında ətraflı məlumat əldə edib. Tədbirin açılışı zamanı Bakı Gənclər Mərkəzinin direktoru Rəvanə Həşimova, “Şah Klub” Şahmat klubunun rəhbəri və baş məşqçisi Araz Babayev və dəyərli şahmatçımız Şəhriyar Məmmədyarov çıxış edərək gələn qonaqlar və iştirakçılara tədbirin əhəmiyyəti haqqında danışıb. Azərbaycan şahmatının gələcəyinə böyük ümidlər bəslədiyini bildirən Şəhriyar Məmmədyarov hər bir iştirakçıya uğurlar arzulayaraq qələbəyə oynayacağını deyib.

Eyni anda 28 oyunçu ilə seans keçirən dəyərli şahmatçımız gərgin və maraqlı atmosferdə keçən oyunların sonunda şahmat taxtasından 26,5-1,5 hesabı ilə qalib ayrılıb. Şəhriyar Məmmədyarov təkcə 3 oyunda, İbrahimli Murad, Babazadə Xəzər və kiçik şahmatçı Bayramlı Rafaelə qarşı heç-heçə edərək xal itirib.

İştirakçı və qonaqların sevgisi ilə əhatələnən dəyərli şahmatçımız Şəhriyar Məmmədyarov öz təcrübəsi və ustalığı ilə bir daha ŞAH ləqəbinə layiq olduğunu təsdiq edib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.