https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
https://525.az/img/pics/medium/2023-12/296612_wcds461sdv.jpg Yerli "Dostoyevski"lərimiz
https://525.az/img/pics/medium/2024-04/311080_ol9pr75s8v.jpg “525-ci qəzet”in 24 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-02/302979_eyl9q05g7v.jpg Kəlbəcərə Zəfər qarı yağdı...
search
24 Aprel 2024
23 Aprel 2024

"15 min verirlər ki, gəl, toyumu korla"

"15 min verirlər ki, gəl, toyumu korla"

"Toya çağırmaq indi əhatə ilə olub. Kimin dairəsi genişdir deyir, filankəsi gətir. Gah da deyirlər ki, onu nə edirsən, bu biri dostumuzdur, zəng edim sənə qiymət də deməyəcək. Bilinməyən, örtülü məqamlar çoxdur. Onları açmağın vaxtıdır. Toya getmək maklerlə olub".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov ARB TV-nin "Səhər-səhər" proqramında qonaq olarkən deyib. Müğənni toya baha qiymətə gedən sənət adamlarından danışıb:

"Deyirlər ki, sizin niyə prodüseriniz yoxdur. Amerikada yaşamıram ki, 200 milyon əhalinin içərisində məni tapmaq çətin olsun. 10 milyon əhalisi olan ölkədə niyə ədəbazlıq etməliyəm? Müğənni o zaman əlçatmaz olur ki, onun şəxsiyyəti, sənəti olsun. 15 minə getməklə əlçatmaz olunmur. Uzaqdan görünən kəndə nə bələdçi?! İnternetdə əxlaqlılar da, əxlaqsızlar da özləri şəkillərini qoyurlar. Yaxşı da pul qazanırlar.

Adlarını çəkməyəcəyəm. Hamı onların kim olduğunu bilir. Müğənniləri qınayırlar ki, 10 minə gedirlər. Yaxşı edib gedir. O pulu səni çarmıxa çəkib güclə almır. Əlinlə 10-15 min verib deyirsən ki, al bu pulu, gəl mənim toyumu korla. O müğənnini kim istəyib? Evdə arvad-uşaq, heç özünün xəbəri belə yoxdur. Onların içərisində yaxşı oxuyanlar da var.

Cavanşir Məmmədova 3-5 min vermək istəmirsən, amma 10-7 min verirsən ki, filankəs, gəl, 7 dənə fonoqram oxu mənim toyumda. O müğənni də gəlir. Ona bir adam yaxınlaşıb şəkil çəkdirmək istəyəndə də üzünü çevirib gedir".

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.