https://525.az/img/pics/medium/2024-04/310435_zkxmp9jitt.jpg “525-ci qəzet”in 18 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/310432_mzsmdysfa8.jpg Ruhumuz, düşüncəmiz və ədəbiyyatımızda Şuşa möcüzəsi
https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
search
17 Aprel 2024

“Judo Club 2012”: nailiyyətlər artır

“Judo Club 2012”: nailiyyətlər artır

Son illərdə respublikamızın idman həyatındakı fəallığı ilə diqqəti cəlb edən “Judo Club 2012” öz uğurlarını davamlı olaraq artırır. Klubun təmsilçiləri istər yerli, istərsə də beynəlxalq yarışlarda yüksək nəticələrə nail olurlar.

1. Avropa birinciliyində 2 bürünc medal

Polşanın paytaxtı Varşavada təşkil olunan yeniyetmələr arasında cüdo üzrə Avropa birinciliyinə yekun vurulub. 39 ölkədən 431 (234 oğlan, 197 qız) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Qitə birinciliyində 18 cüdoçu (10 oğlan, 8 qız) ilə təmsil olunan komandamız 1 qızıl və 3 bürünc medal qazanıb.

Mükafatçılar sırasında “Judo Club 2012”nin cüdoçuları da var. Klubun üzvləri Nicat Məmmədli (-55 kq) və Hüseyn Məmmədov (+90 kq) Avropa birinciliyinin bürüc medalına layiq görülüblər.

Mübarizəyə 1/6 finaldan başlayan Nicat Məmmədli İsrail, Portuqaliya və Türkiyə idmançılarını məğlub edərək yarımfinala yüksəlib. Təəssüf ki, idmançımız bu mərhələdə macarıstanlı Bense Farkasa məğlub olub. Finalın bir addımlığında məğlub olan cüdoçumuz bürünc medal uğrunda görüşdə belaruslu Yafim Vitkouskini üstələyərək üçüncü yeri tutub.

Hüseyn Məmmədov isə Hollandiya, Rusiya və Türkiyə cüdoçularına qalib gələrək adını yarımfinala yazdırıb. Təəssüf ki, idmançımız bu görüşdə gürcüstanlı idmançıya məğlub olub. Cüdoçumuz üçüncü yer uğrunda həlledici qarşılaşmada fransalı Matias Anqlionini məğlub edərək bürünc medala layiq görülüb.

2. Murad Fətiyev Napoli Universiadasında iştirak edəcək

İyulun 3-dən 14-dək İtaliyanın Napoli şəhərində Tələbələrin XXX Ümumdünya Yay Universiadası təşkil olunacaq. İştirakçıların sayına görə, planetin ən böyük idman tədbirlərindən biri olan Universiada yarışlarına bu il də böyük maraq var. 18 idman növü üzrə keçiriləcək yarışlarda, ümumilikdə, 8 mindən çox idmançı mübarizə aparacaq.

Mötəbər idman yarışında Azərbaycan idmançıları da qüvvələrini sınayacaqlar. Komandamız Napoli Universiadasında 6 idman növündə 21 idmançı ilə təmsil olunacaq. İtaliyanın cənubunda təşkil olunacaq Oyunların cüdo yarışlarında ölkəmiz 5 idmançı ilə mübarizə aparacaq. Komandamızın heyətində yer alan cüdoçular arasında “Judo Club 2012”nin üzvü Murad Fətiyev də var. Klubun istedadlı yetirməsi universiadada 81 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.

Məlumat üçün qeyd edək ki, universiada çərçivəsində təşkil olunacaq cüdo yarışları iyulun 10-dan 14-dək keçiriləcək.

3. Cüdoçularımız II Avropa Oyunlarında

Belarusun paytaxtı Minskdə təşkil olunan İkinci Avropa Oyunlarına yekun vurulub. 4 minə yaxın atletin iştirak etdiyi yarışda ölkəmizi 11 idman növü üzrə 82 idmançı təmsil edib. Köhnə qitənin 50 ölkəsinin gərgin mübarizəsində komandamız 5 qızıl, 10 gümüş və 13 bürünc medala layiq görülüb. Millimiz bu nəticə ilə medal qazanan ölkələr arasında 10-cu pillədə yer alıb.

İkinci Avropa Oyunlarında qazanılan medallardan 5-i (1 gümüş, 4 bürünc) cüdoçularımızın payına düşüb.

“Minsk-2019 “Judo Club 2012” klubunun baş məşqçisi, Əməkdar məşqçi Tərlan Həsənovun tələbələri üçün də əlamətdar olub. Belə ki, qocaman mütəxəssisin tələbələrindən Hidayət Heydərov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) ikinci Avropa Oyunlarının bürünc medallarına layiq görülüblər.

Cüdo üzrə yığma komandamızın digər üzvlərindən Rüstəm Orucov (73 kq) gümüş, Elmar Qasımov (100 kq) və İrina Kindzerskaya (+78 kq) isə bürünc medallara sahib çıxıblar.

Cüdoçularımıza həm Avropa Oyunlarının, həm də Avropa çempionatının medalları təqdim olunub.

II Avropa Oyunlarında iştirak edən idmançılar arasında “Judo Club 2012”nin samboçusu Abdulla Abdullayev (74 kq) də yer alıb. Yarışın ən kiçik yaşlı idmançılarından biri olan Abdulla üçün Minsk-2019 böyük təcrübə olub.

4. Bakı şəhər açıq birinciliyinin qalibi oldular

İyunun 26-28-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində 23 yaşınadək (U23) gənclər arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyi keçirilib.

27 klubdan 200 (175 oğlan, 25 qız) idmançının iştirak etdiyi yarışda “Judo Club 2012”nin gənc cüdoçuları da qüvvələrini sınayıblar. Birincilikdə 25 idmançı ilə təmsil olunan klubun yetirmələri 2 qızıl, 3 gümüş və 2 bürünc medala layiq görülüblər.

Komandamıza qızıl medalları Kənan Quluzadə (-73 kq) və Aidə Baxışova (-70 kq) qazandırıb. Fərid Qəzənfərov (60 kq), Elvira Əsgərova (-52 k) və Nərmin Abdullayeva (70 kq) Bakı birinciliyinin gümüş medallarına sahib çıxıblar. Klubun digər üzvlərində Nihad Ələsgərli (-60 kq) və Əbdülcəlal Hüseynov (-73 kq) bürünc medallara layiq görülüblər.

Beləliklə, Bakı şəhər açıq birinciliyini 7 medalla başa vuran “Judo Club 2012”nin yetirmələri ümumi komanda hesabında birinci yeri tutublar.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.