https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
28 Mart 2024

“Judo Club 2012”nin cüdoçusu universiadanın komanda yarışlarında 3-cü oldu

“Judo Club 2012”nin cüdoçusu universiadanın komanda yarışlarında 3-cü oldu

İtaliyanın Neapol şəhərində Tələbələrin XXX Yay Universiadası çərçivəsində keçirilən cüdo yarışlarına yekun vurulub.

Universiadada 6 (5 kişi, 1 qadın) idmançı ilə təmsil olunan Azərbaycan yığması iyulun 7-də komanda yarışlarında mübarizə aparıb. Kişi cüdoçularımız yarışda Türkmənistan, Almaniya və Fransa yığmalarını məğlub edərək yarımfinala vəsiqə qazanıblar.  Bu mərhələdə Rusiya komandasına uduzan Azərbaycan millisi bürünc medal uğrunda görüşdə Braziliya cüdoçularına 3:2 hesabı ilə qalib gəlib.

Beləliklə, Azərbaycan cüdoçuları XXX Ümumdünya Yay Universiadasının  komanda yarışlarının bürünc medalına layiq görülüblər. Bürünc medal qazanan idmançılar arasında komandamızın bayraqdarı, “Judo Club 2012”nin üzvü Murad Fətiyev (81 kq) də var. Cüdoçumuza Napoli Universiadasının bürünc medalı təqdim olunub.

Qeyd edək ki, Yaponiya komandası da yarışda 3-cü yeri tutub. Rusiya komandası qızıl, Koreya isə gümüş medala sahib çıxıb.

Məlumat üçün bildirək ki, Azərbaycan idmançıları əvvəlki günlərdə keçirilən cüdo üzrə fərdi yarışları 1 gümüş medalla başa vurublar. Yeganə medalı komandamıza 73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov qazandırıb. Cüdoçumuz Birləşmiş Ərəb Əmirlikləri, Misir, Fransa, Monteneqro və Monqolustan idmançılarına qalib gələrək finala yüksəlib. Həlledici görüşdə rusiyalı Yevgeni Prokopçuka uduzan Hidayət universiadada gümüş medala sahib çıxıb.

Qeyd edək ki, Hidayət Heydərov Azərbaycanın Əməkdar məşqçisi, “Judo Club 2012”nin baş məşqçisi Tərlan Həsənovun yetirməsidir.

Fərdi yarışlarda iştirak edən “Judo Club 2012”nin üzvü Murad Fətiyev isə ilk görüşdə hollandiyalı Yim Heymana məğlub olaraq mübarizəni dayandırıb. 

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.