"Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin birinci yarımilində ölkəyə daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 6 faiz, ölkədə müvəqqəti yaşayanlarda 0,4 faiz, iş icazəsi alanlarda 14 faiz artım müşahidə olunur".
APA xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin 6 aylıq yekununa həsr olunan mətbuat konfransda Xidmətin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov bildirib.
Onun sözlərinə görə, bundan başqa, son 6 ayda qaçqın statusu üçün müraciətlər 53 faiz artıb:
"Eyni zamanda 6 ay ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı qəbul edilmiş qərarların sayında 34 faiz azalma var. Ötən yarım il ərzində vətəndaş müraciətlərinin sayında 8 faiz azalma qeydə alınıb".