https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
29 Mart 2024
28 Mart 2024

"Həddinizi aşdınız!" - "ATV maqazin" də qalmaqala qoşuldu

"Həddinizi aşdınız!" - "ATV maqazin" də qalmaqala qoşuldu

"Görəsən, Brillinat Dadaşovanın dərdi-səri nədir? Xanım Dadaşova statusları ard-arda düzüb. Sual verəndə isə eşitmir, amma efirdə deyilənlər qulağına yaxşı çatır".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova tərəfindən tərəfkeşlikdə ittiham edilən "ATV maqazin onlarla" proqramının müxbiri Ruslan Ağayev sosial media hesabında yazıb.

O, müğənninin "Yaxşı ki, Mirzə Babayev səsi olmayanların pulnan satın alınan bəzi maqazin proqramlarının aparıcıları və bəzi jurnalistlər tərəfindən "əsas müğənni" adlandırıldığını da görmədi" sözlərinə cavab verib:

"İşinizə yaramayanda savadsız olarıq. Amma bax orda həddinizi aşdınız! Tutduğunuz pillə belə, sizə kimisə təhqir etməyə ixtiyar vermir! Siz axı bizdən savadlı və böyüksünüz. Heç olmasa rəhmətlik Mirzə Babayevlə bağlı paylaşımda "sözyeritmə" üsulundan istifadə etməzdiniz..

Rusiya və Türkiyə şou biznesində belə maqazin proqramları sənətçiləri özünəməxsus titullarla təqdim edir, maraq qatır. Hətta "10lar" proqramının dövründən bizdə bu adət ənənə var idi. İlk dəfə mən bu adları yazırdım və Afaq Gəncəli səsləndirirdi. Maraqlısı budur ki, tamaşaçı da qəbul edirdi və dillərə düşürdü. Hətta qonşu TV-lər də bu təqdimata qoşulurdu. Məsələn: Ölkənin əsas ulduzu Aygün Kazımova, Milyonların sevimlisi Röya Ayxan, Şou-biznesin əsas prodüseri Tarix Əliyev və s. titullar. Bizim reytinqimizə ehtiyacınız yox idisə, hər klip təqdimatında 18 nəfər zəng edib, niyə yalvar-yaxarla bizi dəvət edirdiniz? Sizin reytinqiniz sizə qalsın, bizim daha reytinqli əsas ulduzlarımız var. Bir az rahatlayın, unutmayın son rəy də tamaşaçınındır. P.S: Sizə də titul düşünə bilərik. Çox da əsəbiləşməyin".

B.Dadaşova isə sözügedən paylaşıma rəy bölməsində cavab yazıb. O, Ruslan Ağayev və Afaq Gəncəlinin ünvanına "Sizinshow" səhifəsində təhqiredici sözlər işlədib:

"Müstəqil Azərbaycan qurduq. Amma heyif ki, ekranlarımız əksər hallarda sırtıq və savadsızların, ortalıq meymunlarının əlində qaldı. Yorulmadınız? Allah sizə haqqı nahaqqa satmağın günah olduğunu indiyədək göstərməyib? Çox şükür ki, sənətim yüksək olduğuna görə, maqazin proqramlarına, boş PR-a ehtiyacım olmadığından sizi yaxına buraxmamışam. Ona görə də yazıq İlhamə Quliyevanı məni pisləməyə öyrədirdiniz, indi hər verilişinizə gələnə reytinq üçün məndən bəhs etdirirsiniz. Özü də təbii ki, özünüzə yaraşan üslubda - mənfi".

Qeyd edək ki, müğənninin "ATV maqazin onlarla" proqramına olan ittihamları "Jara" festivalı ilə bağlı yayımlanan sujetdən sonra başlayıb. Belə ki, göstərilən kadrlarda Ruslan Ağayev sənətçiyə sual ünvanlayır. O isə sualı eşitmədiyini deyir. Daha sonra B.Dadaşovanın A.Kazımovanın mahnısına oynadığı görüntülər nümayiş etdirilir və Afaq Gəncəlinin "Müxbirimizin sualını eşitməsə də, Aygün Kazımovanın ifasını çox yaxşı eşitdi. Hətta xanım Dadaşova divanın ifası zamanı ortadan belə çıxmadı" şərhi səsləndirilib.

Daha sonra isə "ATV maqazin onlarla" proqramının "Məşhurla üç dəqiqə" rubrikasında son iki bölümdə B.Dadaşovadan bəhs edilib.

Əvvəlcə prodüser Təranə Səmədova sənətçinin ulduzunun söndüyünü deyib, ondan sonrakı bölümdə qonaq olan Afaq Gəncəli isə "Faiq Ağayev, ya Brilliant Dadaşova" sualı zamanı ifaçının sənətinin qarşısında baş əydiyini desə də, Faiq Ağayevi daha üstün tutduğunu qeyd edib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.