https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
search
24 Aprel 2024

"Neftçi"ni aparan təyyarə 5 saatdan çox ləngimədən sonra yola düşdü - Yenilənib

"Neftçi"ni aparan təyyarə 5 saatdan çox ləngimədən sonra yola düşdü - Yenilənib

Göyərtəsində "Neftçi" komandasının da yer aldığı Bakı - Moskva təyyarəsi uçuşa başlayıb.

"Report"un məlumatına görə, AZAL-a məxsus təyyarənin uçuşu 5,5 saatlıq ləngimədən sonra gerçəkləşib.  

*** 10:23

AZAL-dan "Report"a bildirilib ki, texniki nasazlıq səbəbindən təyyarə dəyişdiriləcək. Sərnişinlərin ixtiyarına yeni təyyarə veriləcək. Uçuşun 11:00-da gerçəkləşəcəyi gözlənilir.

*** 10:07

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən "Neftçi" klubu "Arsenal" ilə II təsnifat mərhələsinin ilk oyunu üçün Rusiyaya təyin olunan vaxtda yollana bilməyib.

"Report" xəbər verir ki, buna səbəb Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakı - Moskva reysi ilə saat 06:50-də uçmalı olan təyyarədə texniki problemin aşkarlanmasıdır. Nasazlıq sərnişinlər təyyarəyə mindikdən sonra üzə çıxıb və təyyarənin qalxmasına icazə verilməyib. Təyyarə dəyişdiriləcəyi üçün uçuşun saat 11:00-dək yubanacağı bildirilib. Komanda Rusiya paytaxtından "Arsenal"ın təmsil etdiyi Tula şəhərinə avtobusla gedəcək.

Hazırda "Neftçi"nin prezidenti Kamran Quliyev uçuşun tezləşdirilməsi üçün hava limanındakı məsul şəxslərlə danışıq aparır.

Oyun öncəsi "Neftçi"nin baş məşqçisi Roberto Bordinin və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Tədbir bu gün "Arsenal" mərkəzi stadionunun mətbuat zalında keçiriləcək və Bakı vaxtı ilə saat 18:30-da başlanacaq. Konfransdan sonra, saat 19:00-da isə komandanın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi olacaq.

Qeyd edək ki, iyulun 25-də "Arsenal" mərkəzi stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Qarşılaşma "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.