İbrahim Tatlısəsin Türkiyənin Şanlıurfa şəhərində doğulduğu mağara muzeyə çevrilib.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, mağara bərpa olunaraq muzey kimi fəaliyyət göstərəcək.
Muzeyin açılışında müğənni İbrahim Tatlısəs də iştirak edib.
O, mağarada doğulması ilə fəxr etdiyini bildirib:
“Ailəmin maddi vəziyyəti pis olduğu üçün mağarada yaşayırdıq. Mən inanıram ki, muzey Şanlıurfa şəhərində turizmin inkişafına öz töhfəsini verəcək”.