Avqustun 25-də Ağsu rayonunun Kəndaxan kəndinin yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya bildirilib ki, yanğının qarşısı nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri tərəfindən alınıb.
Yanğın nəticəsində dağlıq ərazidə 10 hektar sahədə kol-kos, ağaclar və qurumuş ağacların kötükləri yanıb.
Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.