https://525.az/img/pics/medium/2024-03/308269_0pagv71pno.jpg AMEA-da Elm Günü qeyd olunub
https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
search
29 Mart 2024
28 Mart 2024

Röya: "Qəşəng qız baha olar"

Röya: "Qəşəng qız baha olar"

"İnstaqramdakı informasiyalardan bezdim: biri arvadını başqa kişi ilə tutdu çəkdi. Bunları görmək istəmirəm. Ola bilər səhvimiz olub, bunlarla böyümüşük. Amma incəsənətdəkilərin səhvlərindən danışmıram. Bizə olar. Çimərlikdə şəkil çəkdirmək və sair normaldır. Sadə camaatda bunları görmək istəmədim, proqramı sildim".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Röya Ayxan "MTV Azərbaycan"a müsahibəsində deyib.

O, İnstaqramdan gedişini depresiya ilə əlaqələndirənlərə də cavab verib:

"Depresiyaya düşüb, İnstaqrama vida etməmişdim. Sadəcə, şəkil çəkdirməkdən zəhləm gedir, bir az xoşuma gəlmədi, atdım. Mən beləyəm".

Əkiz qardaşları İsmayıl və Ayxanın əsgərlikdən qayıtdığını söyləyən Röya onları evləndirmək niyyətindədir:

"Biri özünü öldürür ki, məni evləndirin. O birinin isə nişanlısı var, deyirik evlən, cavab verir ki, tezdir".

Müğənni rayon toylarına getməməsi barədə sualları da cavablandırıb:

"Rayon toylarına getmirəm" sözünü zarafatla demişəm. Rayon toyuna gedəndə hamı oturur, əl çalır. Başqa müğənnilərdə isə ortalığa düşüb, oynayırlar.

Buna görə də yaxşısı budur ki, ora konsertə gedim. Deyirəm, bəlkə toya mənim mahnılarımla ağlamağa gəlirlər. Amma rayon toylarına çox az gedirəm. Getdiyim bölgə əsasən, Şəmkirdir. Orada məni çox istəyirlər. Bir də deyirlər ki, qiymət bahadır. Qadanalım, qəşəng qız baha olar da".

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.