Bakı şəhərində inşası aparılan yerüstü piyada keçidlərinin tikintisi bu ilin sonuna kimi yekunlaşacaq.
Bunu APA-ya açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli bildirib.
Onun sözlərinə görə, paytaxtda daha 100-ə yaxın yerdə yeni piyada keçidlərinin inşası planlaşdırılır:
“Apardığımız araşdırmalar nəticəsində piyada keçidlərinin labüd olduğu 100-ə yaxın yer müəyyənləşib. Həmin keçidlərinin də inşasına mərhələli şəkildə başlayacaq. Biz bunun üçün adiyyatı qurumlara müraciət etmişik. Maliyyə məsələsi həll olunandan sonra işlərə start veriləcək”.
Qeyd edək ki, 2016-2019-cu illərdə paytaxtda 19-u yerüstü, 3-ü yeraltı olmaqla 21 piyada keçidi istifadəyə verilib.