Sentyabrın 25-də Şimali Kiprin Girmə şəhərində Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) 22-ci Opera Günlərinin açılışı olacaq.
TÜRKSOY-un katibliyindən APA-ya verilən məlumata görə, tədbir TÜRKSOY, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Şimali Kiprin Milli Təhsil və Mədəniyyət Nazirliyi tərəfindən birgə təşkil olunub.
Opera Günlərinə 9 ölkədən 10 solist və üç pianoçu qatılacaq.
Opera Günləri Şimali Kiprdən sonra Türkiyənin İstanbul şəhərində keçiriləcək.