|
|
|
|
“Dağlıq Qarabağ səfər edən və orada bəyanatlar səsləndirən rusiyalı siyasətçilərin, qanunverici hakimiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin çıxışları onların şəxsi nöqteyi-nəzərləridir. Bu, ekspert nöqteyi-nəzəridir”.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O qeyd edib ki, rəsmi mövqe ancaq müvafiq icraedici hakimiyyət institutu tərəfindən verilir:
“Bizdə Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi tərəfindən rəsmi mövqe açıqlanır. Ümumilikdə dövlətin mövqeyini bu orqanlar əks etdirir”.