|
|
|
|
2020-ci ilin aprel ayında NASA kosmonavtları Kris Kassidi, həmçinin rus kosmonavtlar Nikolay Tixonov və Andrey Babkin Beynəlxalq Kosmik Stansiyaya (ISS) 63-cü ekspedisiyaya yola düşəcəklər.
APA-nın TASS-a istinadla verdiyi məlumata görə, yeni heyət hazırda orbital stansiyada olan NASA kosmonavtları - Cessika Meiri, Andrey Morganı, eləcə də rusiyalı kosmonavt Oleq Skripoçkanı əvəz edəcək.
Heyətin rəhbəri Kris Kassidi olacaq. 63-cü ekspedisiya 2020-ci ilin oktyabrına qədər davam edəcək.
Qeyd edək ki, bu uçuş Kassidinin Kosmosa üçüncü səfəri olacaq. O, 2009-cu ildə “Endeavour” kosmik gəmisində kosmosa uçuş edən 500-cü adam olub. Kassidi 2013-cü ildə İSS-ə gedən 35 və 36-cı ekspedisiyalarda iştirak edib, ümumilikdə orbitdə 182 gün keçirib.