|
|
|
|
Rusiya vətəndaşlarının demək olar ki, yarıdan çoxu dörd günlük iş həftəsinə keçmək üçün daha intensiv işləməyə hazır olduğunu bildirib.
APA-nın “İzvestiya”ya istinadən verdiyi xəbərə görə, bu rəqəm “HeadHunter”in Rusiyada keçirdiyi rəy sorğusunun yekun hesabatında əksini tapıb.
Sorğu iştirakçılarının 2/3-si yeni iş qrafikinin tətbiqini dəstəklədiyini deyib. Respondentlərin yalnız dörd faizi dörd günlük iş qrafikinə qarşı çıxıb.
Rəyi soruşulanların 59 faizi isə cümə günündə də istirahət etmək istəyini ifadə edib.