|
|
|
|
Noyabrın 9-da səhər saatlarından Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərin istifadəsinə açıq olacaq.
Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumatda qeyd olunub ki, ətraf kənd və qəsəbələr eləcə də digər müvafiq istiqamətlər üzrə marşrut xətt avtobusları Atletlər kəndinin qarşısında yeni qurulan mərkəzdən hərəkət edəcək.