Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında təkbətək görüş təşkil etməyə çalışır.
APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın sabiq prezidenti paytaxt Nur-Sultanda keçirilən beynəlxalq konfransda bildirib.
“Zelenski artıq təkbətək görüşə razılıq verib və mən bu barədə Rusiya Prezidentini məlumatlandırmışam”, - deyə N. Nazarbayev vurğulayıb.
O qeyd edib ki, görüşlə bağlı V. Putindən cavab gözləyir.
N. Nazarbayev görüş yeri üçün isə Qazaxıstanı təklif edib.