|
|
|
|
Noyabrın 15-də, saat 11:00-da AMEA-nın Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasında BMT baş katibinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi, Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri və Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri Abdullah Mətuq Əl-Mətuq ilə görüş olacaq.
Görüşdə Abdullah Mətuq Əl-Mətuqa Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunacaq.
Tədbir AMEA-nın əsas binasında (Kiçik akt zalı, 2-ci mərtəbə) keçiriləcək.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 115.