“Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması istiqamətində çalışmağa davam etməliyik”.
APA-nın xəbərinə görə, bunu Finlandiya Xarici İşlər nazirinin müavini Matti Anttonen ATƏT Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı deyib.
“Biz Gürcüstandakı münaqişələrin və Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması istiqamətində çalışmağa davam etməliyik. Bu, ATƏT-in əsas mandatıdır”, - deyə Finlandiya XİN başçısının müavini qeyd edib.