“Azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərindən müsbət nəticə gözləmirəm”.
APA-nın xəbərinə görə, bunu təşkil etdiyi mətbuat konfransında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev deyib.
O bildirib ki, Ermənistan tərəfi jurnalistlərin səfəri ətrafında şou təşkil edib.
“Düşünürəm ki, rəsmi kanallar çərçivəsində irəliləyiş olmasa, "xalq diplomatiyası"nın Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi təsiri olmayacaq”, - deyə o, vurğulayıb.