Azərbaycan Prezidenti İlham Əliyev Estoniya Respublikasının Prezidenti xanım Kersti Kalyulayda təbrik məktubu göndərib.
APA-nın məlumatına görə, təbrik məktubunda deyilir:
“Hörmətli xanım Prezident,
Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə və bütün Estoniya xalqına ən səmimi təbriklərimi yetirirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Estoniya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.