Avropa İttifaqının Şurası bu qurumun Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın səlahiyyət müddətini daha 12 ay uzadıb.
APA-nın xəbərinə görə, o, 2021-ci il fevralın 28-dək bu postda qalacaq.
Qeyd edək ki, Aİ Şurası Toivo Klaarla yanaşı, digər 5 xüsusi nümayəndəsinin də səlahiyyət müddətlərini artırıb.
Xatırladaq ki, Toivo Klaar 2017-ci ilin noyabrında ilk dəfə bu posta təyin edilib.