"Bu günə 224 nəfər karantin şəraitində saxlanılır".
APA-nın xəbərinə görə, bunu Qərargahın üzvü, TƏBİB-in İşçi Qrupun rəhbəri Vasif ƏLiyev bildirib.
Bunlardan 12-si İran, 1- İtaliya, 7-si digər ölkələr, qalanları Azərbaycan vətəndaşlarıdır. Müayinələr zəncirvari reaksiyalar vasitəsilə aparılır və cavab bir müddət vaxt alır: "Rəqəmlər daima dəyişir. Mənfi cavabı çıxanlar evə müşahidəyə buraxılır. Amma koronavirus olmasa belə, başqa respirator xəstəliyi olanlar müalicə olunmalıdır".