Novruz bayramınadək Abşeron dairəvi dəmir yolunun Pirşağı-Sumqayıt hissəsinin istifadəyə verilməsi planlaşdırılır.
"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinin müavini Zaman Novruzov bildirib.
Onun sözlərinə görə, yaxın günlərdə uzunluğu 91 km olan hissənin istifadəyə verilməsi gözlənilir: "Hazırda qatarlar "Bakı Sərnişin" stansiyasından Pirşağıyadək hərəkət edir, o biri tərəfdən isə "Bakı Sərnişin" stansiyasından Biləcəri-Xırdalan və Sumqayıta qədər hərəkət edir".