https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
https://525.az/img/pics/medium/2024-03/308247_oo9k2t4ndt.jpg Prezident Rəşad Məcidi təltif etdi
https://525.az/img/pics/medium/2024-03/308179_uqkco4683w.jpg Beynəlxalq və milli səviyyədə qeyd edilən Elm Günü
https://525.az/img/pics/medium/2024-03/308184_qvwzs8uhve.jpg Sinan Səid
search
28 Mart 2024

Koronavirusa yoluxan rəsmilərin adları məlum oldu

Koronavirusa yoluxan rəsmilərin adları məlum oldu

Dünyanı bürüyən koronavirus pandemiyası idman sahəsinə də böyük zərbə vurmaqda davam edir.

Apasport.az saytının məlumatına görə, bir çox ölkədə idmançılar, məşqçilər, rəhbərlər bu virusa yoluxurlar.

Onların arasında kifayət qədər tanınmış simalar da mövcuddur. Son olaraq Belçika millisinin futbolçusu Maruan Fellainidə koronavirus infeksiyası aşkarlanıb. İdman sahəsində fəaliyyət göstərən üç nəfər bu xəstəlikdən ölüb. "Real"ın keçmiş prezidenti Lorenzo Sanz, iranlı futzal məşqçisi Əhməd Taheri və 21 yaşlı ispaniyalı məşqçi Fransisko Qarsiya məhz bu virusun qurbanı olublar.

Xəstəliyə düçar olanlar arasında sağalanlar da var. Bəzi klublar futbolçularının koronavirusa yoluxduğunu təsdiqləsə də, onların adlarını gizli saxlayıblar. Həmçinin bəzi klubların, eyni zamanda "Formula-1" komandalarının işçilərində də bu xəstəlik aşkarlanıb.

Koronavirusa yoluxan dünya idman ictimaiyyətinin nümayəndələrinin siyahısını təqdim edirik:

Maruan Fellaini ("Şandun Lunen"in futbolçusu)
Deniel Maldini ("Milan"ın futbolçusu)
Daniele Ruqani, Blez Matuidi, Paulo Dibala ("Yuventus"un futbolçuları)
Maksimilian Mittelşdetd ("Herta"nın futbolçusu)
Mattia Zakkanyi ("Verona"nın futbolçusu)
Kallum Hodson-Odoi ("Çelsi"nin futbolçusu)
Kinq Udo ("Pyanese"nin futbolçusu)
Conatas ("Elçe"nin futbolçusu)
Luka Kilian ("Paderborn"un futbolçusu)
Suk Hyun-Yun ("Trua"nın futbolçusu)
Artur Boruts ("Bornmut"un futbolçusu)
Yannes-Kilian Horn, Timo Hübers ("Hannover"in futbolçuları)
Ezekyel Qaray, Elakim Manqala, Xose Luis Qaya ("Valensiya"nın futbolçuları)
Patrik Kutrone, Herman Petsella, Duşan Vlahoviç ("Fiorentina"nın futbolçuları)
Manolo Qabbyadini, Albin Ekdal, Omar Kolli, Antonio La Qumina, Morten Torsbi, Fabio Depaoli, Bartoş Bereşinski ("Sampdoriya"nın futbolçuları)
"Espanyol"un 7 futbolçusu və məşqçisi
"Lester"in 3 futbolçusu
"Everton"un 1 futbolçusu
"Ayntraxt"ın 1 futbolçusu
"Alaves"in 3 futbolçusu, 7 məşqçisi
Lorenzo Sanz ("Real"ın sabiq prezidenti)
Əhməd Taheri (futzal məşqçisi, İran)
Fransisko Qarsiya ("Atletiko Portada Alta"nın məşqçisi)
Jorje Jezuş ("Flamenqo"nun baş məşqçisi)
Paolo Maldini ("Milan"ın texniki direktoru)
Mikel Arteta ("Arsenal"ın baş məşqçisi)
Evangelos Marinakis ("Olimpiakos"un sahibi)
Slavişa Kokeza (Serbiya Futbol Assosiasiyasının prezidenti)
Dominik Blan (İsveçrə Futbol Assosiasiyasının prezidenti)
Anxel Martin Orteqa ("Leqanes"in sahibi)
Kiril Domusçiyev ("Ludoqorets"in sahibi)
Kozo Taşima (Yaponiya Futbol Assosiasiyasının prezidenti)
Kevin Dyurant ("Bruklin Nets"in basketbolçusu)
Rudi Qobert, Donovan Mitçell ("Yuta Caz"ın basketbolçuları)
Kristian Vud ("Detroit Pistons"un basketbolçusu)
Trey Tompkins ("Real"ın basketbolçusu)
"Leykers"in 2 basketbolçusu
"Ottava"nın 1 hokkeyçisi
Antti Termyanen ("Bil" hokkey klubunun məşqçisi)

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.